Dünya - Azeri News

Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır.

Bu barədə Polşa Aeronaviqasiya Xidmətləri Agentliyi məlumat yayıb.

Bildirilir ki, yerdən 3 kilometr hündürlüyədək bütün hava vasitələrinin uçuşları qadağan edilib. 3 kilometrdən yuxarı hündürlükdə uçuş həyata keçirən sərnişin reysləri və sanitar aviasiya adi rejimdə fəaliyyət göstərəcək.

Məlumata görə, məhdudiyyətlər dövlət təhlükəsizliyi səbəbindən tətbiq edilir və 10 iyun–9 sentyabr tarixlərini əhatə edəcək.

İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib
İranda yanvar aksiyalarının daha bir iştirakçısı edam olunub.

“Mizan”ın məlumatına görə, Fəthullah Avari adlı şəxs bu ilin yanvarında Həmədan şəhərində aksiyalar zamanı polis əməkdaşını bıçaqlayaraq öldürməkdə təqsirli bilinib.

Bildirilir ki, ölüm hökmü məhkəmə instansiyalarında bütün hüquqi mərhələlərdən keçdikdən və İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var
Rusiyanın Kiyev və Dneprə (Ukrayna) endirdiyi zərbələr nəticəsində doqquz nəfər həlak olub, daha 71 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində üç nəfər həlak olub, daha 35 nəfər, o cümlədən üç uşaq xəsarət alıb.

Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində altı nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
Rusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub.

Bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Onlar Tuapsedəki inzibati binalardan birində partlayış törətməyi planlaşdırırdılar.

İş materiallarına görə, martda Kuban vilayətinin 18 yaşlı sakini sosial şəbəkədə terror təşkilatlarından birinin üzvü ilə yazışmaya başlayıb. Kurator yeniyetməyə 300-500 dollar müqabilində özüyığma bomba hazırlamağı təklif edib, o da tapşırığın icrasına 17 yaşlı tanışını cəlb edib.

Həmçinin istintaq komitəsinin iddialarına görə, kuratorun tapşırığı ilə yeniyetmələr hərbi obyektin çəkilişini aparıb, mühafizənin və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər. Bundan sonra yeniyetmələrdən birinin hesabına 30 dollar daxil olub.

Cinayətin qarşısı FTX əməkdaşları tərəfindən alınıb. Saxlanılanlar barəsində RF CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi, 30-cu maddəsinin 1-ci hissəsi üzrə iş qaldırılıb. İstintaqda əlavə ediblər ki, dindirilmə zamanı yeniyetmələr günahlarını etiraf ediblər. Məhkəmə onları istintaq təcridxanasına göndərib.

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb
İranın “Fateh-110” ballistik raketi ilə Küveytdəki "Əli Əl-Səlim" aviabazasına hücumu nəticəsində ABŞ-a məxsus 5 hərbiçi, və “MQ-9 Reaper” pilotsuz uçuş aparatları zədələnib.

Bu barədə “Bloomberg“ agentliyi hadisə barədə birbaşa məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, hücum 27 may tarixində baş verib. Küveytin hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirsə də, düşən qalıqlar aviabazaya düşüb.

Nəticədə təxminən beş nəfər - həm ABŞ hərbçiləri, həm də muzdlu əməkdaşlar yüngül xəsarət alıb.

“Bir MQ-9 Reaper tamamilə məhv edilib, biri isə ciddi zədələnib”, - mənbə bildirib.

Zədələmiş hər bir “MQ-9 Reaper” pilotsuz aparatının dəyəri təxminən 30 milyon dollardır.

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb
Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı
çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir. Nazirliyin qiymətləndirməsinə görə, bu proses Avrasiya İqtisadi İttifaqı daxilində qarşılıqlı fəaliyyətə zərər vurur. yyətə zərər vurur.

IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb
Qəzzada HAMAS komandirlərindən daha biri öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, HAMAS-ın hərbi qanadı – “Qəzza” briqadası komandirinin müavini və “Zaytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Aslim aviazərbə nəticəsində öldürülüb.

Onun 2023-cü ildə 7 oktyabr hadisələrinin iştirakçılarından biri olduğu bildirilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl HAMAS-ın hərbi qanadının lideri Məhəmməd Ode də İsrailin hava zərbələri nəticəsində öldürülüb.

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
İran Prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.

Pezeşkian bu tapşırığı nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib.

"Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb", - məlumatda qeyd olunub.

M.Pezeşkian vurğulayıb ki, o, zərurət yarandığı halda malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.

Müşavirədə bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla əsas malların, dərmanların və ölkə üçün zəruri olan resursların idxalı ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İqtisadiyyat nazirinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində malların idxalının sadələşdirilməsi, eləcə də artırılması üçün quru sərhəd məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları aktivləşdirilib.

ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır
ABŞ Kuba inqilabının liderlərindən biri olan Raul Kastronun ölkə ərazisinə qaytarılması üçün bütün mümkün tədbirləri görmək niyyətindədir.

ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş bunu Fox News-a verdiyi müsahibədə bildirib.

"Bizə Kastronun burada məhkəmə qarşısına çıxması lazımdır. Onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.

Blanşın sözlərinə görə, Vaşinqton adətən bu məqsədlərə ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə nail olur.

Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB
Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Çinin Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb.

Qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib. Mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

Partlayış nəticəsində yeraltında qalanların da olduğu bildirilir.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib.

Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.