Səhiyyə - Azeri News

1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Paytaxtın Qaradağ rayonunda körpə qız vəfat edib.

“Azerinews.az” xəbər verir ki, hadisə aprelin 19-u Ələt qəsəbəsi Füzuli küçəsindəki mənzillərin birində baş verib.

2025-ci il təvəllüdlü Əsnad Rəşad qızı Məmmədova evdə yüksək hərarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bu şəxslər peyvənd olunacaq
19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.

Ötən il Şəkidə süni mayalanma yolu ilə 4275 baş buzov və balaq doğulub
Cari ildə Şəki rayonunda 9475 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 201 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzov və balaqların sayı isə 2024-cü ilə nisbətən 69 baş artaraq 4275 baş olub. Ötən il Şəki rayonu üzrə 3531 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 3856 baş cinsi yaxşılaşdırılmış buzova görə 385,6 min manat subsidiya hesablanıb.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, Şəki rayonunda fərdi təsərrüfatlardakı mal-qaranın süni mayalandırılması işlərinə 2004-cü ildən başlanılıb. “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, damazlıq cins malların dəyərinin 60 faizinin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunmuş hər baş buzova görə 100 manat subsidiyanın verilməsi, süni mayalanma xidməti üzrə infrastrukturun dövlət tərəfindən təmin edilməsi, bütün növ kənd təsərrüfatı heyvanları və quşlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktika və diaqnostika tədbirlərinin aparılması heyvandarlıq sahəsinin ilbəil dinamik inkişafını təmin edən əsas amillərdən olub”, - deyə sektor müdiri vurğulayıb.

N.Rəcəbov bildirib ki, son illər Şəki rayonunda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. İndiyədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 437 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədi ilə fermerlər arasında maarifləndirmə işləri aparılır. Eyni zamanda, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, ötən il bu göstərici 2,5 dəfəyədək artaraq 9475 başa çatıb.

“Ümumiyyətlə, sərəncamın icrası olaraq, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 22 min 374 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 25 min 884 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 2 milyon 588,4 min manat subsidiya ödənilib”, - deyə sektor müdiri əlavə edib.

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.

İnsult şübhəsi olan şəxslərdə vaxt itirmədən bir sıra müayinələr aparılır. İlkin qiymətləndirmə üçün ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beynin kompüter tomoqrafiyası (KT), beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün maqnit rezonans tomoqrafiya (MRT), beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri bilmək üçün laborator testlər aparılır. Bu müayinələr insultun işemik və ya hemorragik növü olduğunu dəqiqləşdirməyə və düzgün müalicəni seçməyə imkan verir.

Müayinələrdən sonra, ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətlərinə də üz tutulur. Bu xəstənin bərpasının ən vacib hissəsidir. Çünki insult beynin müəyyən hissəsinə zərər vurur və nəticədə hərəkət, tarazlıq və gündəlik fəaliyyətlərdə problemlər yarana bilir. Reabilitasiya həmin itirilmiş funksiyaların yenidən qaytarılmasına və ya maksimum yaxşılaşdırılmasına xidmət edir. Sadalanan müayinə və müalicə üsulları hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Tibb müəssisələrinin axtarışı” bölməsinə daxil olmaqla xidmətlərin göstərildiyi müəssisələrlə tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, insultun qəfil başlayan xarakterik simptomları var. Məsələn, üzün bir tərəfində qəfil sallanma, gülümsəyəndə asimmetriya, bir qolun və ya ayağın gücsüzlüyü, qaldırıla bilməməsi, nitqin anlaşılmazlığı , sözlərin düzgün deyilməməsi və ya ümumiyyətlə danışa bilməmək, qəfil şiddətli baş ağrısı, başgicəllənmə, tarazlığın pozulması, hərəkətlərin koordinasiyası problemləri, görmənin birdən pisləşməsi, bədənin bir tərəfində keylik və hissiyyatın azalması.

İnsultun yaranma ehtimalını artıran tibbi və həyat tərzi amilləri var. Ən önəmlilərindən yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, xüsusilə atrial fibrilasiya, keçirilmiş insult, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, stress, düzgün olmayan qidalanma, piylənmə və hərəkətsizliyi misal göstərmək olar. Risk faktorlarının idarə olunması insultun qarşısının alınmasında mühüm rol oynayır.

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur
Ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilmiş Avropa istehsalı olan qrip peyvəndi kifayət qədər effektiv və təhlükəsizdir. Qripin epidemioloji fəsli artımı başlanmazdan əvvəl vaksinasiyaya start verilməlidir. Bu, bizdə sentyabr ayından aparılır və bu günə qədər davam etdirilir. Peyvəndlər yaşayış və ya iş yeri üzrə ərazidə yerləşən ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb və əhali yalnız müraciət əsasında ödənişsiz qaydada bundan yararlanır.

Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, vaksinasiyanın əsas hədəfi infeksiyanın risk qruplarıdır. “Bunlar 5 yaşadək olan uşaqlar, hamilələr, ağır xroniki xəstəlikləri, müxtəlif səbəbli immun çatışmazlığı olan insanlar və yaşı 65-dən çox olanlardır. Peyvənd edilmiş şəxs infeksiyanın asimptomatik və ya yüngül formasını keçirir, ağır gedişat, fəsadlaşma və xəstəxanaya yatırılma halları daha az baş verir. Lakin bilməliyik ki, peyvəndin qoruyuculuğu 2 həftədən sonra formalaşır, bu dövr ərzində şəxs yoluxubsa, xəstələnə bilər. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən qrip və digər respirator virus infeksiyalarından qorunma yolları ilə bağlı mediada əhali mütəmadi olaraq məlumatlandırılır. Əhalinin, birinci növbədə risk qruplarının qripə qarşı vaksinasiya olunmasına çağırışlar edilir. Hazırda epidemioloji durum Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə nəzarət altındadır. Əlavə tədbirlərə ehtiyac duyulmur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Təyyar Eyvazovun AZƏRTAC-a açıqlaması ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Quş qripi ilə bağlı monitorinqlərin nəticələri açıqlandı
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika (Naxçıvan MR daxil) ərazisində 2025-ci ilin 17-21 noyabr və 8-12 dekabr tarixlərində aidiyyəti qurumların iştirakı ilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

“Azerinews.az” xəbər verir ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb.

Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib.

Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Ağcabədidə körpə doğuş zamanı öldü
Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, Zərdab rayon sakini 2001-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub. Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib.

“"Azerinews.az"” xəbər verir ki, müraciətdə son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artımın müşahidə olunduğu qeyd edilib.

Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.

Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur.

Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

"Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov təcili yardımla gətirilən xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemə toxunub.

“Azerinews.az” xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Əsasən reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var. Bakıda reanimasion xəstələrin qəbul yükü TƏBİB-in üzərindədir. Hər bir xəstəxanada isə bəlli reanimasion çarpayı limiti var. Çarpayı sayını artırmaq üçün isə şöbələrin şəraiti dəyişilməlidir, oksigen təminatı olmalıdır. Bu, təcili yardım resursumuzun düzgün istifadə olunmamasına gətirib çıxarır. Misal üçün deyim ki, Yeni Klinikada reanimasiya çarpayı sayı 14-dür. Bu, COVID dövründə də belə olub. Bakıda əhali sayı artıb, reanimasion çarpayı sayının azlığı bizə də bəllidir. Biz bu problemi həll etməyə çalışırıq”.

Korrupsiya ilə bağlı 36 tibb işçisi məsuliyyətə cəlb edilib
"1 yanvar - 30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub. 2025-ci ildə korrupsiya hüquqpozmaları 24,2% azalıb”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

“Bunlardan 26-sı təsdiqini tapıb (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin analoji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4%), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib”, - TƏBİB rəhbəri əlavə edib.