İran İsrailə zərbələri dayandırıb

Bu gün, 16:07 4 dəfə baxılıb

İran İsrailə zərbələri dayandırıb

İran İsrailə zərbələri dayandırdığını elan edib.

Bu barədə İranın "Fars" agentliyinə istinadən "Ynet" məlumat yayıb.

Lakin eyni zamanda Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.

"İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib", - bildirilib.

Bununla yanaşı, Tehranda vurğulanıb ki, əgər İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirərsə, İran daha sərt cavab zərbəsi endirəcək.

Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb regionlarındakı hərbi obyektlərə hücum edib. ABŞ Prezidenti Donald Tramp isə İran və İsraili təmkinli olmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930