Elşad Xose həbs edildi.

8-01-2026, 14:33 15 dəfə baxılıb

 

Məşhur reper Elşad Xose həbs olunub.


“Azerinews.az” “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.


Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib.


Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930