Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30-05-2026, 14:22 1 dəfə baxılıb

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Rusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub.

Bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Onlar Tuapsedəki inzibati binalardan birində partlayış törətməyi planlaşdırırdılar.

İş materiallarına görə, martda Kuban vilayətinin 18 yaşlı sakini sosial şəbəkədə terror təşkilatlarından birinin üzvü ilə yazışmaya başlayıb. Kurator yeniyetməyə 300-500 dollar müqabilində özüyığma bomba hazırlamağı təklif edib, o da tapşırığın icrasına 17 yaşlı tanışını cəlb edib.

Həmçinin istintaq komitəsinin iddialarına görə, kuratorun tapşırığı ilə yeniyetmələr hərbi obyektin çəkilişini aparıb, mühafizənin və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər. Bundan sonra yeniyetmələrdən birinin hesabına 30 dollar daxil olub.

Cinayətin qarşısı FTX əməkdaşları tərəfindən alınıb. Saxlanılanlar barəsində RF CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi, 30-cu maddəsinin 1-ci hissəsi üzrə iş qaldırılıb. İstintaqda əlavə ediblər ki, dindirilmə zamanı yeniyetmələr günahlarını etiraf ediblər. Məhkəmə onları istintaq təcridxanasına göndərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930