Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

3-06-2026, 11:33 4 dəfə baxılıb

Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

Növbəti tədris ilindən başlayaraq "Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt" mövzusunda kursların təşkili nəzərdə tutulur.

Bunu səhiyyə naziri Teymur Musayev "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, il boyu davam edəcək kurslar bütün tibb ixtisas daşıyıcılarını əhatə edəcək:

"Rəqəmsal savadlılıq və müasir texnologiyalara uyğunlaşma tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin də göstərişi ilə aidiyyəti sahədə kadr hazırlığı daim diqqət mərkəzindədir. Rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930