UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

3-06-2026, 11:08 3 dəfə baxılıb

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə iştirak edəcək komandalar müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirdə ümumilikdə 81 klub mübarizə aparacaq.

Onlardan 36-sı əsas mərhələdə çıxış edəcək. Bu komandalardan 29-u artıq bəllidir. Daha 7 klub isə təsnifat mərhələlərinin yekununda müəyyənləşəcək. Həmin komandalardan 5-i çempionlar yolundan, 2-si isə liqa yolundan əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələdə İngiltərədən “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa” və “Liverpul” iştirak edəcək. İtaliyanı “İnter”, “Napoli”, “Roma” və “Komo”, İspaniyanı isə “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko” və “Betis” təmsil edəcək.

Almaniyadan “Bavariya”, Dortmund “Borussiya”sı, “Leyptsiq” və “Ştutqart”, Fransadan PSJ, “Lans” və “Lill” əsas mərhələdə yer alacaq. Bundan başqa, PSV, “Feyenoord”, “Portu”, “Sportinq”, “Brügge”, “Slaviya”, “Qalatasaray” və “Şaxtyor” da birbaşa əsas mərhələdə çıxış edəcək. Türkiyənin digər təmsilçisi “Fənərbaxça” isə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Ölkəmizi isə qitənin ən nüfuzlu futbol turnirində “Sabah” təmsil edəcək. Komandamız mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. “Sabah” çempionlar yolunda yer alıb.

Təsnifat mərhələlərinin oyunları 7-8 iyulda start götürəcək. Əsas mərhələ isə sentyabrın 8-10-da başlayacaq.

Final oyunu 2027-ci il iyunun 5-də Madriddə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930