Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar

13-01-2026, 11:25 8 dəfə baxılıb

 

Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb. 

Belə ki, saytda püşkatamaya əsasən siyahı dərc olunub. İştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi isə yaxın günlərdə məlum olacaq. 

Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. 

Qeyd edək ki, bu il keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi Avstriyanın paytaxtı Vyana şəhəri edəcək. Yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqəsinin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930