Dərin hüznlə başsağlığı veririk

14-05-2026, 16:23 318 dəfə baxılıb

Həyat bir daha göstərdi ki, insan ömrü fanidir, dünya isə vəfasız… Dünən bizimlə olan, səsi-sorağı gələn insanlar bu gün yalnız xatirələrdə yaşayır. Ömür bəzən bir göz qırpımında keçir, insan isə həyatın nə qədər kövrək və etibarsız olduğunu itkilər qarşısında daha dərindən anlayır. Ən ağır dərd isə doğma insanın yoxluğuna alışmaqdır.


Dərin hüzn hissi ilə bildirirəm ki, YAP Tərtər rayon təşkilatının keçmiş sədri Ramiz Şabanovun  və Gəncə şəhərinin Baş Polis  İdarəsinin  keçmiş rəisi Faiq Şabanovun dəyərli bacısı Sevdə xanım Şabanova 10 may 2026-cı il tarixində, 57 yaşında vəfat etmişdir.
Sevdə xanımın vaxtsız itkisi onu tanıyan hər kəsi kədərləndirmiş, ailəsini və yaxınlarını dərin hüznə qərq etmişdir. Bu ağır gündə Şabanovlar ailəsinin acısını ürəkdən bölüşür, onların dərdinə şərik olduğumu bildirirəm.

Mərhuməyə Uca Allahdan rəhmət, ailəsinə, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.

Arif Baratzadə

Jurnalist






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930