Kasım-Jomart Tokayev Moskvaya gedir: Hədəflərini açıqladı

11-11-2025, 12:06 13 dəfə baxılıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, Rusiyaya səfəri zamanı Moskva ilə Astananın hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çıxmalarına dair bəyannamə imzalanacaq.

"Azerinews.az" xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti "Rossiyskaya Qazeta" üçün məqaləsində məlumat verib.

Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12-nə nəzərdə tutulub.

"Moskvaya səfərimin geniş gündəliyində əsas məqam Qazaxıstan və Rusiya münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çıxması haqqında bəyannamənin imzalanması olacaq", - deyə o bildirib.

Tokayev vurğulayıb ki, bəyannamə Moskva və Astana arasında misligörünməmiş etimad səviyyəsinin təsdiqi, həmçinin bütün istiqamətlər üzrə daha sıx işləmək üçün birgə hazırlığın sübutu olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930