BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

30-05-2026, 15:51 2 dəfə baxılıb

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

Azərbaycan BMT qarşısındakı müntəzəm büdcə öhdəliklərini vaxtında yerinə yetirən ölkələr sırasına daxil olub.

2026-cı il mayın 28-nə olan məlumata görə, ümumilikdə 111 üzv ölkə BMT-nin müntəzəm büdcəsinə nəzərdə tutulan ödənişləri tam həyata keçirib.

BMT-nin açıqladığı siyahıya əsasən, Azərbaycan ödənişi müəyyən olunmuş müddətdə edən 55 ölkə arasında yer alıb.

Məlumata görə, Azərbaycanın BMT-nin müntəzəm büdcəsinə ödədiyi məbləğ 1 milyon 81 min 698 ABŞ dolları təşkil edib. Son ödəniş 2026-cı il yanvarın 22-də həyata keçirilib.

Vaxtında ödəniş edən ölkələr sırasında Almaniya, Böyük Britaniya, Kanada, Avstraliya, Polşa, Qazaxıstan və digər dövlətlər də yer alıb.

Siyahıda ən yüksək ödənişlərdən biri Almaniyaya məxsus olub - 182,2 milyon dollar. Böyük Britaniya 127,9 milyon, Kanada isə 81,4 milyon dollar ödəyib.

Qeyd edək ki, BMT-nin müntəzəm büdcəsi təşkilatın əsas fəaliyyət istiqamətlərinin, proqramlarının və inzibati xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930