İranın İsrailə hücumu fonunda qızılın qiyməti artıb

15-04-2024, 12:00 146 dəfə baxılıb

 İranın İsrailə hücumu fonunda qızılın dünya qiymətlərinin səviyyəsi artıb.

Bu barədə Nyu-Yorkun “Comex” birjasının nəticələrindən məlum olub.

Məlumata görə, qızılın qiyməti 1% artaraq troya unsiyası üçün 2,4 min dollara yaxınlaşır.

İyun ayı qızıl füçersləri 25,3 ABŞ dolları və ya 1,08% bahalaşaraq bir troya unsiyası üçün 2 385,25 dollar olub. Gümüşün may füçersləri 1,48% artaraq bir unsiya üçün 28,385 dollar olub.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və  “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Mənbə: RIA Novosti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930