Avropada qızılcaya yoluxma halları kəskin artıb

24-01-2024, 11:25 7 dəfə baxılıb

 Avropada qızılcaya yoluxma halları kəskin artıb və artıq tamamilə aradan qaldırılmış hesab edilən bir sıra ölkələrdə qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Bildirilir ki, 2023-cü ildə Avropa regionunda 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

Dünya təşkilatının ekspertləri bunun səbəbini COVID-19 pandemiyası ilə əlaqəli 2020-2022-ci illərdə baş vermiş peyvənd boşluqları ilə izah ediblər. Buna görə ÜST Avropa ölkələrini qızılcaya qarşı immunizasiya kampaniyaları keçirməyə çağırır.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub. 2022-ci ildə isə bu göstərici bir nəfər idi.

Qeyd edək ki, qızılca xəstəliyinin simptomları səpgi, qızdırma, öskürək olur, bəzən sətəlcəmə səbəb olur.

Mənbə: KP.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930