Nəsimi rayonuna yeni icra başçısı təyin edildi

12-11-2025, 15:13 16 dəfə baxılıb

 

Nəsimi Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib. 

“Azerinews.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

E.İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.

Qeyd edək ki, Asif Əsgərov 2024-cü ilin sentyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. O, hazırda Milli Məclisin deputatıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930