Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri və bir qrup iş adamı KOB-lar arasında əməkdaşlıq imkanlarının araşdırılması və əlaqəli təşkilatlarla institusional əməkdaşlığın qurulması məqsədilə Vyetnamın paytaxtı Hanoy şəhərində səfərdə olublar. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Vyetnamın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib, sənədlər imzalanıb.
"Azerinews.az" xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, KOBİA nümayəndələri ilə Beynəlxalq Biznes Əlaqələri Klubunun prezidenti Le Trunq Kien, Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Dinh Viet Ho, Vyetnamın Ticarətin Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Agentliyi, Texnoloji Sahibkarlıq və Kommersiyalaşdırmanın İnkişafı üzrə Milli Agentlik ilə görüşlərdə Azərbaycanda KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, sahibkarlıq sahəsində təcrübə, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması, ticarət əlaqələrinin inkişafı və mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində KOBİA və Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə hər iki ölkənin işgüzar dairələri arasında birgə əməkdaşlığın inkişafına və əlaqələrin təşviqinə dair müxtəlif tədbirlər nəzərdə tutulur.
KOBİA nümayəndələri və iş adamlarımız səfər zamanı Hanoyda Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) təşkilatçılığı ilə keçirilən Qlobal Biznes və İnvestisiya Forumunda iştirak ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında Azərbaycanda sahibkarlıq imkanları, biznesə dəstək alətləri, o cümlədən agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Vyetnamla qida, turizm kimi sektorlarda əməkdaşlıq imkanları genişdir. Ticarət əlaqələrinin müsbət dinamikası bu sahədə də əlaqələrin genişləndirilməsi potensialından xəbər verir. KOBİA kiçik və orta sahibkarlığa dəstək infrastrukturu və digər dəstək mexanizmlərinə dair təcrübəsini Vyetnamla bölüşməyə hazırdır.
Forum çərçivəsində KOBİA və VINEN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lar arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, KOB-larla iş və onlara göstərilən dəstəklər üzrə məlumat və təcrübə mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, KOB-lar və əlaqədar qurumlar üçün təlim və təhsil proqramlarının təşkilinin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, forumda Azərbaycan və Vyetnam iş adamları arasında kənd təsərrüfatı, ət, qənnadı məmulatları və s. qida, kosmetik məhsulların idxal və ixracına, birgə istehsalına dair əməkdaşlıq haqqında niyyət protokolları imzalanıb.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanın aqrar sahəsinin problemləri və inkişaf istiqamətləri açıqlanıb
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Sahibə Qafarova Antiqua və Barbudada görüşlər keçirib - FOTO
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
Keşlədə obyekt yanır
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır"
Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib
Əlilliyi olan uşaqların qəyyumluq və himayəçilik orqanlarının funksiyaları müəyyənləşdirilib
Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək
DÇ-2026-nın ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib
İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq
UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub
Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb
Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb
Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər
Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər
Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək
Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər
Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb
TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub
Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Bu şəxslər peyvənd olunacaq
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar
Elşad Xose həbs edildi.
KİV: Amerikalı aktyor Uill Smit cinsi təcavüzdə ittiham olunub
Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib