İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
"Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyev Astanaya getdi
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Astanada "ŞƏT plyus" formatında görüşdə iştirak edir
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
Keşlədə obyekt yanır
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır"
Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib
Əlilliyi olan uşaqların qəyyumluq və himayəçilik orqanlarının funksiyaları müəyyənləşdirilib
Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək
DÇ-2026-nın ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib
İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq
UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub
Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb
Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb
Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər
Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər
Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək
Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur
1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Bu şəxslər peyvənd olunacaq
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar
Elşad Xose həbs edildi.
KİV: Amerikalı aktyor Uill Smit cinsi təcavüzdə ittiham olunub
Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib