Arxeoloq-alim beynəlxalq seminarda Azərbaycan-özbək mədəni əlaqələrindən danışıb

15-01-2026, 11:19 8 dəfə baxılıb

 

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə Buxara Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Xarici dillərin tədrisi metodologiyasının inkişafında müasir tendensiyalar: yerli yanaşmalar və xarici təcrübəyə əsaslanan həllər” mövzusunda beynəlxalq onlayn qış məktəbi seminar-treninqdə iştirak edib.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, konfransda A.Ağalarzadə “Azərbaycan-özbək mədəni əlaqələri: tarixə baxış” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Son illərdə mədəni irs sahəsində elmi əlaqələrin nəticəsi kimi qarşılıqlı olaraq hər iki ölkənin alimləri Böyük İpək Yolu üzərində yerləşən ortaq tarixə malik xalqların maddi mədəniyyətini yenidən araşdırmalara cəlb etməyə çalışırlar. Bunun nəticəsi olaraq Orta əsrlər dövrü arxeoloji maddi mədəniyyət nümunələri müqayisəli təhlillər əsasında öyrənilib və çap olunub. Gələcəkdə mədəni irs sahəsində əməkdaşlığın davamlı olacağına da əminlik ifadə edilib.

Universitetin dosenti Nasiba İbodovanın moderatorluğu ilə baş tutan konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Monqolustan və digər ölkələrdən tədqiqatçılar iştirak ediblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930