Neftçala Peşə Məktəbində tədris yeniləndi - Fotolar

16-04-2026, 12:03 5 dəfə baxılıb

 

Neftçala Peşə Məktəbinin tədris infrastrukturu yenilənib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müasir standartlara uyğunlaşdırılan təhsil müəssisəsi funksionallığı, geniş tədris imkanları və əlverişli maddi-texniki bazası ilə seçilir. İki korpusdan ibarət olan peşə məktəbində tələbələrin keyfiyyətli təhsil alması üçün zəruri şərait yaradılıb. Təhsil müəssisəsində ümumilikdə 24 dərs otağı, 9 emalatxana, 2 İKT kabineti, akt zalı, kitabxana və idman zalı fəaliyyət göstərir.

Məktəbdə əmək bazarının tələblərinə uyğun olaraq 24 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslara aşpaz, kompüterlərin təmiri və xidməti üzrə texnik, elektrik qaynaqçısı, avtomobil təmiri çilingəri, veb dizayner və proqram təminatçısı, fermer və digər peşələr daxildir.

Tədris prosesi müasir yanaşmalar əsasında təşkil olunaraq tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına xidmət edir.

520 tələbə tutumuna malik olan təhsil müəssisəsində hazırda 421 nəfər təhsil alır. Tədris prosesi iki növbəli sistem əsasında təşkil olunub ki, bu da mövcud tədris imkanlarından səmərəli istifadəyə şərait yaradır.

Neftçala Peşə Məktəbinin yenilənmiş infrastrukturu bölgədə peşə təhsilinin keyfiyyətinin artırılmasına, gənclərin peşə bacarıqlarının inkişafına və onların əmək bazarına hazırlığının gücləndirilməsinə mühüm töhfə verir.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930